İzzət Bağırov: "Qırğın edərəm, binanı köçürərəm"

15:17 - 2 İyul 2019 - MAQAZİN

Müğənni İzzət Bağırov 4 pis vərdişini etiraf edib.

Sənətçi "Hüseynova bacıları" verilişində açıqlaması ilə təəccübləndirib. İzzət bildirib ki, paltarlarına həyat yoldaşının əl vurmasına icazə vermir: "Həddindən artıq vasvasıyam, təmizkaram. Əgər bir əşyanı mən qoymuşamsa, gəlib görsəm, yeri dəyişib dava edirəm. Yəni evə girəndə qoyduğum əşyanın yerinin dəyişdiyini görsəm, vay.

Durub görsəm ki, su gəlmir, qırğın edərəm, binanı köçürərəm. Adi çörək almağa düşəndə belə, səliqəli geyinirəm. Ev geyimində düşmərəm.

Xoşlamıram paltarlarıma əl vuranda. Onları özüm səliqəyə salıram"./axsham.az

Xəbər xətti