KİV: Neymar PSJ-dən ayrılmaq üçün tətilə hazırlaşır

08:24 - 2 İyul 2019 - İDMAN

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar komandanı yaxın transfer pəncərəsi dövründə tərk etmək niyyətindədir. Bu barədə “Report” “Sport.es”ə istinadən xəbər verir. Qeyd edilir ki, oyunçu tətil etməyi planlaşdırır və klubun yay toplanışında iştirak etməyəcək. Buna səbəb Neymarın parislilərin heyətində qəti şəkildə oynamaq istəməməsidir. Məlumata görə, futbolçu“Barselona”ya satılmasını istəyir. O, artıq klubla 5 illik müqaviləni də razılaşdırıb. Lakin PSJ kosmik məbləğdə pul ödədiyi Neymarı transfer etmək istəmir. Bundan əlavə, mövsümdə Neymarın transfer qiyməti də azalıb. Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. 

Xəbər xətti