İyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Yağış Ağdamda 23 mm (aylıq normanın 37 %-i), Şahdağda 22 mm, Daşkəsəndə 22 mm (aylıq normanın 19%-i), Xaltanda 19 mm, Gədəbəydə 19 mm (aylıq normanın 15%-i), Zərdabda 16 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14 mm (aylıq normanın 28 %-i), Kişçayda 14 mm (aylıq normanın 13%-i), Göygöldə 13 mm, (aylıq normanın 10%-i), Göyçayda 12 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12 mm (aylıq normanın 23 %-i), Oğuzda 10 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9 mm, Naftalanda 8 mm, Qusar, Kürdəmir, Tovuzda 7 mm, Yevlax, İsmayıllıda 6 mm, Bərdədə 5 mm, Şəki, Mərəzə, Qəbələdə 4 mm, Balakən, Ağdərədə 3 mm, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2 mm, Şamaxı, Mingəçevirdə 1mm olub.
Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə və Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib