Mariya Stadnik II Avropa Oyunlarında qızıl medal qazanıb
20:22 - 28 İyun 2019 - İDMAN
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb.
50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə ukraynalı Oksana Livaçla qarşılaşıb.
M.Stadnik mübarizəni 7:1 hesablı qələbə ilə başa vurub.
Qeyd edək ki, Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yığmamızın lideri Türkiyə güləşçisinə də şans verməyərək finala adlayıb.
/trend