Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.
57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.
Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Cəmaləddin Məhəmmədov (125 kq) və Aleksandr Qostiyev (86 kq) də 1/2 final görüşlərinə çıxacaq. Onlar müvafiq olaraq gürcüstanlı Givi Matçaraşvili və rusiyalı Dauren Kuruliyevlə qarşılaşacaqlar./report