"Real" avtomobil qəzasında dünyasını dəyişən Xose Antonio Reyesin oğlu Xose Lopesi akademiyasına cəlb edib. Bu barədə klubun rəsmi açıqlamasında deyilir. Klub prezidenti Florentino Peres daha öncə 11 yaşlı Lopesin bütün məsrəflərini qarşılayacaqlarını demişdi.
Qeyd edək ki, Lopes bundan öncə "Leqanes"in akademiyasında çıxış edirdi. (Trend)