Azərbaycanın futbol hakimi Namiq Hüseynov UEFA-dan növbəti dəfə təyinat alıb. 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində Fransanın "Ligue de Normandie" və Slovakiyanın "West Slovakia" komandaları arasında keçiriləcək matçda yan xətt hakimi olacaq. Qarşılaşmanı irlandiyalı Neil Doyle idarə edəcək.
Qeyd edək ki, A qrupunda III turunda keçiriləcək matç iyunun 23-də Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Hüseynov daha öncə bu qrupun I turunda "Ligue de Normandie"nın Almaniyanın "Bavariya" komandası ilə, həmçinin B qrupunun II turunda "Dolny Slask" (Polşa) - "Kastilya-i-Leon" (İspaniya) görüşündə iş başında olub. ("Report")