Kolumbiya Qətəri məğlub edib, Argentina Paraqvayla bacarmayıb

07:33 - 20 İyun 2019 - İDMAN

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 2-ci tur matçında Kolumbiya yığması Qətər millisi ilə qarşılaşıb. Matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qol 85-ci dəqiqədə vurulub: Duvan Sapata Hames Rodriqesin ötürməsindən sonra fərqlənib. Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya "B" qrupunun birinci pilləsində möhkəmlənib və turnirin "play-off" mərhələsini özünə təmin edib. Qrupun digər qarşılaşmasında Argentina Paraqvayla bacarmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qolların hər ikisi penaltidən vurulub: müvafiq olaraq Lionel Messi və Derlis Gonzalez fərqlənib. Hazırda Kolumbiya qrupda 6 xalla birinci, Paraqvay 2 xalla 2-ci, Qətər 1 xalla 3-cü, Argentina isə 1 xalla sonuncu pillədə qərarlaşıb. ("Report")

Xəbər xətti