Bu gün "Qarabağ"ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşəcək

10:10 - 19 İyun 2019 - İDMAN

Bu gün "Qarabağ" komandasının Avropa kuboklarının növbəti təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Əvvəlcə Çempionlar Liqası üçün püşkatma təşkil olunacaq. Səpələnmişlər səbətində yer alan "Qarabağ" - "Partizani" (Albaniya) cütünün qalibi növbəti mərhələdə

"Makkabi" (Təl-Əviv, İsrail)
"Linfild" (Şimali İrlandiya) / "Rusenborq" (Norveç) cütünün qalibi
"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi
F91 (Düdelanj, Lüksemburq) / "Valletta" (Malta) cütünün qalibi
TNS (Uels) / İlkin raundun qalibi
ilə üz-üzə gələcək.

"Qarabağ" "Partizani" səddini keçə bilməsə, mübarizəni ya Avropa Liqasının II, ya da birbaşa III təsnifat mərhələsində davam etdirəcək. Bu, püşkün nəticəsindən asılı olacaq. Rəqib isə 6 cütdən ibarət qrupda I təsnifat mərhələsinin məğlubları olacaq.

BATE (Borisov, Belarus) / "Pyast" (Qlivitse, Polşa)
"Suduva" (Litva) / "Srvena Zvezda" (Serbiya)
"Şerif" (Tiraspol, Moldova) / "Saburtalo" (Gürcüstan)
"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya)
"Tre Penne" (San Marino) / "Santa Koloma" (Andorra)
Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatmala müvafiq olaraq, Bakı vaxtı ilə saat 14:00-da və 15:00-da başlayacaq. /report

Xəbər xətti