"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda "Çelsi"dən ayrılan Mauritsio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur.
Qeyd edək ki, Sarri bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.