Messi Kolumbiyaya məğlubiyyət haqda

12:17 - 16 İyun 2019 - İDMAN

"Bu məğlubiyyəti qəbul etmək çətindi". Matc.az xəbər verir ki, bunu Argentina yığmasının futbolçusu Lionel Messi deyib.

Argentina millisi Braziliyada təşkil olunan Amerika Kubokunun I turunda Kolumbiyaya uduzub. 0:2 hesablı məğlubiyyətə şərh verən Messinin fikrincə, 3 xal itirmələrinə baxmayaraq, turnirdə şansları hələ davam edir:

"Bu oyundan müsbət anları götürmək məcburiyyətindəyəm və növbəti matçlar haqqında düşünürəm. Bu turnirdə hələ şansımız var, buna görə başımızı qaldırmalı və hərəkət etməmiz lazımdı. Əlbəttə ki, bu məğlubiyyəti qəbul etmək çətindi. Artıq bu barədə yox, irəli addım atmalıyıq. Paraqvaylarla qarşılaşma həlledici olacaq".

Xəbər xətti