Azərbaycanın U-16 yığması da UDUZDU

17:53 - 12 İyun 2019 - İDMAN

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk  oyununu keçirib. 

Ucnoqta.az AFFA-nın saytına istinadən xəbər verir ki, Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ağadadaş Salyanski fərqlənib.

Bu komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

Xəbər xətti