"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdrılar. Miroslav Stox xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik".
Bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".
Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlamaq istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq./report