ABŞ Meksika ilə immiqrasiya məsələləri üzrə razılığa gəlib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
D.Tramp bildirib: "ABŞ Meksika ilə imza olunmuş razılaşamaya nail oldu. Bazar ertəsi tətbiq edilməsi planlaşdırılan rüsümların tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb".
ABŞ prezidentinin sözlərinə görə, Meksika öz növbəsində öz immiqrasiya siyasətini sərtləşdirəcək.