Neymarın topuğu qırıldı - VİDEO

17:11 - 6 İyun 2019 - İDMAN

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib. 

27 yaşlı hücumçu topuğundan xəsarət aldığından 21-ci dəqiqədə Evertonla əvəzlənib.

Bu zaman göz yaşlarına hakim ola bilməyən ulduz futbolçu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarının qırıldığı və 15 iyunda başlayacaq Amerika Kubokunu buraxacağı müəyyənləşib.

Buna baxmayaraq, Braziliya millisi ilk hissədə “Everton”un futbolçusu Rişarlison və “Mançester Siti”nin hücumçusu Qabriel Jezusun qolları ilə Qətər yığmasına 2:0 hesabı ilə qalib gəlib. /oxu.az


Xəbər xətti