“Qarabağ” UEFA reytinqində məşhur klubları qabaqlayıb
09:21 - 4 İyun 2019 - İDMAN
UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.
Sıyahıda birinci yerdə “Real”, ikinci yerdə “Barselona”, üçüncü yerdə isə “Bavariya” qərarlaşıb.
Azərbaycanın “Qarabağ” klubu “Milan”, “Lester”, “Feyenord” və “Celta” kimi məşhur klublarını qabaqlayaraq siyahıda 70-ci yerdə qərarlaşıb.
Azərbaycanın “Qəbələ” klubu 173-cü, “Keşlə” 273-cü, “Neftçi” 274-cü, “Zirə” 275-ci, “Kəpəz” 276-cı yerlərdə qərarşlaşıblar.
Reytinqin ilk onluğunda isə həmçinin “Atletiko”, “Yuventus”, “Mançester Siti”, “Sevilya”, “PSJ”, “Arsenal” və “Porto” yer alıblar./oxu.az