Ramazan ayının 29-cu günüdür
00:06 - 3 İyun 2019 - Xəbər
Ramazan ayının 29-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 3-də imsak saat 03:23-də, iftar isə saat 20:22-dədir.
Ramazan ayının 29-cu gününün duası:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
Allah orucunuzu qəbul etsin!