Ucnoqta.az
www.ucnoqta.az

Ramazan ayının 29-cu günüdür

00:06 - 3 İyun 2019 tarixində dərc olunub.
Ramazan ayının 29-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 3-də imsak saat 03:23-də, iftar isə saat 20:22-dədir. Ramazan ayının 29-cu gününün duası: "İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!" Allah orucunuzu qəbul etsin!
Müəllif: