"Qarabağ” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Azərbaycan çempionu iyunun 18-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək. Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv iyunun 22-də Bolqarıstanın "Ludoqorests", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə Çempionlar Liqası mübarizəsinə I təsnifat mərhələsindən başlayacaq./publika.az