Bu gün tarixdə ilk dəfə Bakı şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
“Hilton” otelində 4 saatdan artıq davam edən iclasda UEFA prezidenti Aleksander Çeferin Bakı şəhərinin Avropa futbol qurumunun İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.
İclasdan sonra mətbuat konfransı təşkil olunub.
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən A.Çeferin daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb./matc.az