İngiltərənin "Çelsi" komandasının baş məşqçi Mauritsio Sarri Avropa Liqasının finalında "Arsenal"la oyundan öncə Bakı Olimpiya Stadionunda keçirilən son məşqdə Qonsalo İquain və David Luis arasındakı münaqişəyə görə meydanı hirslə yarımçıq tərk edib.
Argentinalı və braziliyalı oyunçular adi epizodda mübahisə ediblər. İquain komanda yoldaşına nə isə deməyə çalışsa da, Luis onu əli ilə itələyib.
Bundan sonra baş məşqçi Mauritsio Sarri köməkçisinə nəsə deyib və meydanı tərk edib. Bu vaxt italiyalı mütəxəssis üstündə “Çelsi”nin rəmzi olan kepkasını başından çıxararaq yerə çırpıb və təpiklə vurub. Sarri daha sonra kepkasını yerdən götürsə də, tunelə girərkən onu yenidən qabağına atıb və daha bir təpik vurub.
Bir neçə dəqiqə sonra David Luis də məşqi dayandırıb.
Bildirilir ki, bu, son bir neçə gün ərzində İquainin iştirakı ilə məşqlər zamanı baş verən birinci münaqişə deyil./virtualaz.org