"Çelsi"nin oyunçuları Bakıdadırlar
03:27 - 28 May 2019 - İDMAN
UEFA Avropa Liqasının ikinci finalçısı İngiltərənin "Çelsi" klubunun üzvləri Bakıya gəlib.
Trend-in məlumatına görə, bu barədə klubun "Twitter" səhifəsində bildirilir.
Xatırladaq ki, bu gün “Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə Bakı Olimpiya Stadionuda saat 20:15-də mətbuat konfransı, klubun mətbuat üçün açıq məşqi isə saat 21:00-da baş tutacaq.
Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.