Tereza Mey istefa qərarını Açıqladı

13:25 - 24 May 2019 - DÜNYA

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

 Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib. O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.

Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur./trend

Xəbər xətti