Ucnoqta.az
www.ucnoqta.az

Tereza Mey istefa qərarını <font color=red><b>Açıqladı</b></font>

13:25 - 24 May 2019 tarixində dərc olunub.

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

 Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib. O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.

Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur./trend

Müəllif: