UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, sözləşməyə əsasən şirkət 2023-cü ilə qədər avrokuboklarda hakimləri forma ilə təmin edəcək.
Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçiriləcək final matçını italiyalı FIFA referisi Canluka Rokki idarə edəcək. Çempionlar Liqasının Linal oyunu isə sloveniyalı Damir Skominaya tapşırılıb.