“Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq”.
Bu sözləri “Çelsi”nin futbolçusu David Luiz deyib. Avropa Liqası finalı çərçivəsində Bakıda “Arsenal”la qarşılaşacaq “zadəganlar”ın oyunçusu paytaxtımıza gələ bilməyəcək komanda yoldaşlarından da danışıb.
Braziliyalı müdafiəçi erməni futbolçu Henrix Mxitaryanla bağlı da fikirlərini bölüşüb: “Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayarkən Bakını gəzmək imkanım oldu. Həqiqətən çox gözəl şəhərdir”.
Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. /qafqazinfo