Masallıda zəlzələ olub

23:50 - 21 May 2019 - ÖLKƏ İÇİ

Masallıda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində maqnitudası 3.1 bal olan yeraltı təkanlar baş verib.

 21 kilometr dərinliyi olan yeraltı təkanlar hiss olunmayıb.

Xəbər xətti