Azərbaycan kubokunu "Qəbələ" qazandı

19:33 - 19 May 2019 - İDMAN

Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da klub tarixində ilk titulunu qazanıb.

 Qeyd edək ki, "Qəbələ" ölkəmizi Avropa Liqasında təmsil edəcək.

19 may Azərbaycan kuboku, final 17:00. “Qəbələ” – “Sumqayıt” - 1:0  Qol: Stiven Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev, 90+6 ("Sumqayıt") Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov Naxçıvan Muxtar Respublikası stadionu

/Qol.az

Xəbər xətti