Massimiliano Alleqri növbəti mövsümdə İtaliyanın “Yuventus” komandasının baş məşqçisi olmayacaq. "Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis klub prezidenti Andrea Anyelli ilə birgə mayın 18-də bununla bağlı birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Alleqri "Yuventus"a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm "qızı dubl" edən ilk baş məşqçidir.