"Barselona" bu mövsümün sonu təxminən 10 futbolçusu ilə yolları ayıra bilər.
Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri yazıb. Bildirilir ki, klubda icarə əsasında çıxış edən Ceyson Murilyo ("Velensiya") və Kevin-Prins Boatenq ("Sassuolo") dəqiq öz klublarına qayıdacaq.
"Barsa" futbolçusu Tomas Vermalenlə yolları ayıracaq. Bundan başqa, klub qapıçısı Yasper Silesseni 30 milyon avroya satmağı planlaşdırır.
La Liqa təmsilçisi həmçinin, yarımmüdafiəçi Filipp Koutinyo üçün alıcı axtarır.
Kataloniya klubu "Ayaks"ın kapitanı Matteys De Liqti alacağı təqdirdə, Samuel Umtitini satmağı mümkündür.
"Barsa" Malkom, İvan Rakitiç, Rafinya Alkantara ilə də yayda yolları ayırmağı düşünür. Klub eyni zamanda yayda "Arsenal"dan komandaya qayıdacağı gözlənilən Denis Suaresi satışa çıxaracaq.