Azərbaycanda kişi hamilə sevgilisini qoyub qaçıb.
Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və uşağının atasını axtaran 24 yaşlı Aytən bildirib.
O bildirib ki, Seymur Rəhimovla qoşulub qaçıb: "Seymurun yerini bilmirəm. Rəsmi nikahımız olmayıb. Uşaq doğulmadan Seymur yoxa çıxdı. Oğlanın atası dünyasını dəyişib. Anası ilə də heç bir münasibətinin omadığını bildirib. Oğlan əslən Lənkərandandır. Seymurla 2 ay münasibətimiz olub. Oğlumun heç bir sənədi yoxdur. Heç atalıq da verməyib"./big.az