Şəmkirdə avtobus qəzasında yaralananlar tikintidə çalışan fəhlələr olub

18:48 - 8 May 2019 - Xəbər

 

Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.

Bunu  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:

"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb./trend

Xəbər xətti