FHN Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

18:13 - 8 May 2019 - Xəbər

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Məlumata əsasən, Ucar rayonunda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./trend

Xəbər xətti