Sabah Bakının bu yerlərində hərbi orkestrlər çıxış edəcək

17:00 - 8 May 2019 - Xəbər

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Yasamal parkında (Lider TV yaxınlığında)

- Fəvvarələr meydanında./qafqazinfo

Xəbər xətti