Yürgen Klopp: "Həyatımda çox oyun keçirmişəm, amma beləsi ..."
03:19 - 8 May 2019 - İDMAN
Çempionlar Liqasının ilk yarımfinal cavab oyununda “Liverpul” “Barselona”nı qəbul edib. İngilislər doğma azarkeşləri önündə 4:0 hesablı qələbə qazanaraq finala adlayıblar.
Oyundan sonra hər iki komandanın baş məşqçisi görüşlə bağlı fikirlərini bölüşüb.
Katalonların çalışdırıcısı Ernesto Valverde məsuliyyəti öz üzərinə götürdüyünü deyib: “Bilmirəm bunu necə ifadə edim, amma şəxsən mən baş verən hər şeyin məsuliyyətini öz üzərimə götürürəm. Bizim üçün çox ağrılıdı. Xüsusilə də insanları ikinci dəfə sərfəli hesabı əldən verməyimiz incidir.
Qalib komandanın baş məşqçisi Yürgen Klopp isə oyundan öncə ümidli olduğunu bildirib: “Bu oyun, bu matç, bu, nədisə başqa şeydi. Qarşılaşmadan əvvəl oyunçularıma dedim ki, mərhələni keçmək çox çətindi, amma əgər meydana çıxan sizsinizsə, deməli mütləq bir şans var. Həyatımda çox oyun keçirmişəm, amma beləsi həmişə olmur. Qarşınızda top-komanda var, qol buraxmadan çoxlu qollar vurmalısan. Sadəcə qələbə qazanmaq belə çox çətindi, o ki qala qol buraxmadan qalib gəlmək. Bilmirəm, uşaqlar bunu necə etdilər”.
Qeyd edək ki, iki komanda arasında Kataloniyada keçirilmiş ilk oyun 3:0 hesabı ilə “Barselona”nın qələbəsiylə yekunlaşmışdı./
Matc.az