Yaponiyada bu ilin aprelin 9-da Aomori prefekturasında qəzaya uğrayan 5-ci nəsil “F-35A” qırıcı təyyarəsinin qara qutularından biri tapılıb.
Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, qara qutu Sakit okeanda, təyyarənin qəzaya uğradığı yerin yaxınlığında aşkarlanıb. Bu barədə mayın 7-si Yaponiyanın Müdafiə Naziri Takesi İvaya məlumat verib.
“Kyodo” agentliyinin məlumatına görə, axtarışlar nəticəsində tapılan “qara qutu”da “F-35A”nın son uçuşları barədə qeydlər yoxdur.
Qeyd edilir ki, göyərtədə olan digər qara qutunun axtarışları davam etdiriləcək.
Təyyarə Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətinin zavodunda yığılıb.
Bu “F-35A”nın düşdüyü ilk hadisədir.
Namiq