"Qarabağ" çempionu oldu

19:53 - 5 May 2019 - İDMAN

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Artıq 4 matçdan 3-cü başa çatıb.

Günün ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.

Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam klubu yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Qarabağ" ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.

“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.  Bakı klubu çempionatı ikinci pillədə başa vuracağı dəqiqləşib. “Qəbələ”nin uduzması ilə "Səbail" bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Son oyunda "Sabah" "Sumqayıt"ı qəbul edəcək.

5 may (bazar)

17:00. “Keşlə” – “Zirə” - 1:3 
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
“ASK Arena”

18:00. “Qəbələ” – “Neftçi” - 1:3

Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Səbail” - 4:0 

Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
“Kapital Bank Arena”
/qol.az

Xəbər xətti