"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.
"Report" xəbər verir ki, bu barədə AS bildirib. "Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm", - deyə Ronaldu qeyd edib.
34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800 matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib.