Xavi karyerasını başa vurur
“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi olmuş Xavi karyerasını başa vurmaq qərarı alıb. “Qafqazinfo” xəbər verir ki, 39 yaşlı futbolçu idman karyerasındakı son mövsümünü Qətərin “Əl-Sadd” klubunda keçirəcək.
Xavi bildirib ki, futbolçu kimi karyerasını başa vurduqdan sonra həyatında baş verəcək dəyişiklikləri səbirsizliklə gözləyir: “Bu, mənim oyunçu kimi son mövsümümdür. Gələcəkdə məşqçi qismində məni nələr gözləyəcəyini səbirsizliklə gözləyirəm.
Futbol insanları birləşdirmək və həyatı yaxşılığa doğru dəyişmək üçün əla vasitədir. Növbəti dörd həftə ərzində mən 21 il davam edən oyunçu karyeramı başa vuracam”.