Bərdədə bıçaqlanma hadisəsi baş verib.
Rayonun Mirzəxan kəndində kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Rizvan Rza oğlu ailədaxili münaqişə zəminində bıçaqlanıb. R.Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onu kürəkəninin bıçaqladığı bildirilir.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır, kürəkənin kimliyi müəyyənləşdirilir./ona