Ağdamda “Evakuator” “Mercedces”-lə toqquşub: xəsarət alanlar var

22:04 - 1 May 2019 - HADİSƏ

Ağdam rayonunun Quzanlı qəsəbəsində ağır yol qəzası baş verib. 

“Evakuator”la “Mercedces” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır yaralanıb.

Qasımovovun idarə etdiyi 10 RP 220 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobil, qarşıdan gələn 99 CT 388 nömrə nişanlı “Evakuator” maşınla toqquşub. Nəticədə Mercedes markalı avtomobil aldığı udar nəticcəsində yol kənarında dayanan VAZ2107 markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Mercedes markalı avtomobildə olan sürücü İldrm Qasımov, 10 yaşlı övladı Elcan Qasımov və Sürücü İ. Qasımovun qardaşıqızı 5 yaşlı Ayan Qasımova Ağdam Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma başlanıb./ona

 

Xəbər xətti