Xalq artisti Flora Kərimova həmkarı Elza Seyidcahandan üzr istəyib.
Bu anlar media nümayəndələrinin qarşısında baş verib. O, konsertindən sonra jurnalistlərə müsahibə verən Əməkdar artistə yaxınlaşaraq, üzrxahlığını belə ifadə edib:
“Sizi başa düşməyənlərin adından üzr istəyirəm. Əsl sənətin qapılarını açıb girdiyinizə görə “Xoş gəldiniz” deyirəm. Doğrusu, gözləmirdim”.
Kərimova Elzanın “Əşyalar” şeirindən çox təsirləndiyini də bildirib. /Axşam.az