Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı

20:55 - 30 Aprel 2019 - HADİSƏ

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Nərimanov rayonu, F.Xoyski 115 saylı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Məhəmməd İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir./trend

Xəbər xətti