İraqda qum fırtınası: 5 ölü, 80 yaralı

13:52 - 30 Aprel 2019 - HADİSƏ

İraqda baş verən qum fırtınası səbəbindən 5 nəfər ölüb, 80 nəfər isə xəsarət alıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Nazirlin məlumatına görə, fırtına əsasən Nəcəf və Kərbəlada öz təsirini göstərib və nəticədə 5 nəfər həyatını itirib və daha 80 nəfər isə yaralanıb.

Nazirliyin nümayəndəsi Saif al-Bade, yaralılar xəstəxanalara yerləşdirilib, fırtına yenidən baş verərsə vətəndaşlardan diqqətli olmalarını və qapalı məkanlarda qalmalarını tövsiyə edib.

Qum fırtınası səbəbindən onlarla yol qəzaları qeydə alınıb. Bəzi yaralanma halları da məhz bu səbəbdən baş verdiyi bildirilib.

 

Namiq

Xəbər xətti