Biləcəri enişində hərəkət məhdudlaşdırılır

12:57 - 30 Aprel 2019 - Xəbər

“Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, məhdudlaşma mayın 1-i tarixində axşam saatlarınadək davam edəcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur", -  məlumatda qeyd edilib. 

Xəbər xətti