Gəncədə aptekdən oğurluq olub

11:40 - 29 Aprel 2019 - HADİSƏ

Gəncə şəhərində aptekdən oğurluq olub.

Şəhərin "Poçt qəsəbəsi" adlanan ərazidə yerləşən apteklərin birində qeydə alınıb.

Gecə saatlarında naməlum şəxs və ya şəxslər aptekə daxil olaraq oğurluq ediblər.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti