Sumqayıtda taxta ev yanıb

09:17 - 29 Aprel 2019 - HADİSƏ

Sumqayıtda taxta ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 85 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti