Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır. Ötən gün Formula 2-nin sonuncu sıralama turunda "Carlin" komandasının pilotu Nobuhari Matsuşita birinci olub.
“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutub.
Qeyd edək ki, Formula 1 yarışı Azərbaycan paytaxtında 4-cü dəfə keçirilir.