Ucarda velosipedçini maşın vurub - Foto

12:04 - 28 Aprel 2019 - HADİSƏ

Ucar şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, saat 11:00 radələrində şəhərin Azərbaycan küçəsində velosipedlə hərəkətdə olan Ərziman Məmmədov "VAZ-2107" markalı minik maşını tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs ətrafdakıların köməkliyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti