Salyanda 34 yaşlı qadın özünü asıb

09:42 - 28 Aprel 2019 - HADİSƏ

Salyanda orta yaşlı qadın intihar edib.

Ucnoqta.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alçalı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bədəlova Cəmilə Saleh qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti